- Mədəniyyət

“Marvel” filmləri ötən il qlobal kassa gəlirinin 30 faizini təşkil edib

Ötən il nümayiş olunan “Marvel” filmləri dünya üzrə kassa gəlirinin 30 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, 2021-ci ildə “Disney”ə məxsus “Marvel” studiyalarında çəkilən “Black Widow” (“Qara dul”), “Eternals” (“Əbədilər”), “Shang-Chi and The Legend of Ten Rings” (Şanq-Çi və on üzük əfsanəsi), “Venom: Zəhərli Qəzəb 2” və “Hörümçək adam: Geriyə yol yoxdur” filmləri nümayiş olunub. Bu beş “Marvel” filmi 2021-ci ildə dünya üzrə bilet satışından əldə olunan gəlirin, yəni 4,45 milyard dolların 30 faizini əldə edərək böyük uğura imza atıb.