Ötən il nümayiş olunan “Marvel” filmləri dünya üzrə kassa gəlirinin 30 faizini təşkil edib.
AZƏRTAC xəbər verir ki, 2021-ci ildə “Disney”ə məxsus “Marvel” studiyalarında çəkilən “Black Widow” (“Qara dul”), “Eternals” (“Əbədilər”), “Shang-Chi and The Legend of Ten Rings” (Şanq-Çi və on üzük əfsanəsi), “Venom: Zəhərli Qəzəb 2” və “Hörümçək adam: Geriyə yol yoxdur” filmləri nümayiş olunub. Bu beş “Marvel” filmi 2021-ci ildə dünya üzrə bilet satışından əldə olunan gəlirin, yəni 4,45 milyard dolların 30 faizini əldə edərək böyük uğura imza atıb.