- Mədəniyyət

Maykl Cekson haqqında film çəkilir

Dünya pop musiqisinin kralı, əfsanəvi Maykl Ceksonun həyatı barədə film çəkiləcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Maykl” adlı yeni bioqrafik filmi məşhur prodüser Qrem Kinq çəkəcək.

Filmin ssenari müəllifi isə məşhur “Qladiator” və “Təyyarəçi” filmlərinin müəllifi, üçqat “Oskar” sahibi Con Loqandır.

Filmdə Maykl Ceksona qarşı uşaq istismarı iddiaları, bu iddiaların onun karyerasına və 2009-cu ildə ölümünə qədər həyatına təsirləri müzakirə ediləcək. Maykl Ceksonu canlandıracaq aktyorun adı hələlik məlum deyil.

Qeyd edək ki, ən məşhur hitlərə imza atan Ceksonun bu günə qədər 400 milyondan çox albomu satılıb.