Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası daha 2 medal qazanıb.
Modern.az xəbər verir ki, medallara tayboksçular sahib çıxıb. Belə ki, Əli Əliyev 60 kiloqram, Məhər Əsədzadə isə 63,5 kiloqram çəki dərəcələrində üçüncü yeri tutublar.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 34-ə çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 17-si bürüncdür.
Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.