- Cəmiyyət

MDB Oyunları: Azərbaycanın daha bir karateçisi ermənini məğlub edib

Azərbaycan karateçisi Nuran Rzazadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında ilk görüşünə çıxıb.

67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində Ermənistan təmsilçisi David Davtyanla qarşılaşıb.

Rəqibinə qalib gələn Rzazadə 1/4 finala yüksəlib.

Daha əvvəl Əminağa Quliyev 1/8 finalda ermənistanlı Geqam Nikoqosyanla dueldən qalib ayrııb. (report)