- Cəmiyyət

MDB Oyunları: Azərbaycanın daha bir samboçusu qızıl medal qazanıb

Azərbaycan samboçusu Elvin Bağırov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

“Report”un Kazana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 64 kq-da mübarizə aparan idmançı özbəkistanlı Şahriyorbek Mamatkulovla qarşılaşıb.

Rəqibini 8:7 hesabı ilə məğlub edən Bağırov qızıl medal qazanıb.