Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət millisi Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB Oyunlarında çıxışını başa vurub.
Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv 5-ci yer uğrunda oyunda Moldova ilə qarşılaşıb. Rəqibinə 10:5 hesabı ilə qalib gələn yığma yekunda 5-ci olub.
Əli Mahmudovun het-trik etdiyi matçda Nurlan Məmmədzadə, Xəzər Ağalızadə dubl edib. Digər qolları isə Şahmar Cəfərli, Mirzə Əmirov və Fuad Məmmədzadə vurublar. (report)