Meksikanın Yukatan yarımadasında arxeoloqlar sarayları, piramidaları və meydanları olan qədim Mayya şəhərinin qalıqlarını tapıblar.
AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, ilkin hesablamalara görə, şəhərdə 600-cü ildən 900-cü illərə qədər yaşayış olub.
Dağıntılar Yukatan yarımadasında Merida yaxınlığında sənaye parkının yaradılması üzrə işlərin aparıldığı tikinti sahəsində aşkar edilib.