Ukraynanın Mariupol şəhərinin ərazi müdafiə qüvvələri Rusiyanın döyüş təyyarəsini vurub.
“Repor” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vadim Boyçenko məlumat verib.
“Bizim hörmətli hərbçilərimiz Silahlı Qüvvələr, Milli Qvardiya və “Azov” alayı Rusiya işğalçılarının təyyarəsini məhv ediblər. Bu təyyarə fevralın 27-də Mariupolun Sartan qəsəbəsi və Levoberejni rayonunu 4 dəfə atəşə tutmuşdu”, – V.Boyçenko bildirib.
Məlumata görə, Rusiya hərbçiləri Mariupolu ələ keçirmək üçün Ukraynanın bu şəhərini davamlı olaraq bombalayırlar.