- Cəmiyyət

Messi dünya çempionatları tarixində yeni nailiyyətə imza atıb

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında yeni nailiyyətə imza atıb.

“Report”un məlumatına görə, 35 yaşlı hücumçu buna Qətərdə keçirilən mundialda Meksikanı 2:0 hesabı ilə məğlub etdikləri matçda müvəffəq olub.

Komandasının ilk qoluna imza atan təcrübəli forvard turnir tarixində cərimə meydançasının kənarından vurduğu qolların sayını dördə çatdırıb. Bu, 2006-cı ildəki yarışdan sonra ən yaxşı göstəricidir.

Messi İspaniya yığmasının sabiq hücumçusu David Vilya və Uruqvay millisinin keçmiş forvardı Dieqo Forlanı (hərəyə 3 dəfə) geridə qoyub.

Hazırda mütləq rekord braziliyalı Roberto Rivelinoya məxsusdur. 76 yaşlı sabiq yarımmüdafiəçi mundiallar tarixində beş dəfə cərimə meydançasının kənarından fərqlənə bilib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova