- Cəmiyyət

Messi yığmada qolların sayına görə Peleni ötərək Cənubi Amerika rekordçusu olub

Argentina yığmasının ulduz futbolçusu və Fransanın “Pari Sen-Jermen” komandasının 34 yaşlı hücumçusu Lionel Messi 2022-ci ilin dünya çempionatının seçmə qrup mərhələsinin 10-cu turunun Boliviya seçməsi ilə matçında het-trik edərək əfsanəvi Pelenin nailiyyətini üstələməklə milli komandalarda qolların sayı üzrə rekordçu olub.

“Report” xəbər verir ki, indi Messinin hesabında Argentina yığmasının heyətində 79 qol var.

Məşhur braziliyalı futbolçu Pelenin isə hesabında 77 qol olub. Bundan əvvəl məhz o Cənubi Amerika (KONMEBOL) yığmalarının futbolçuları arasında qolların sayı üzrə rekordçu olub.

Messi Argentinanın yığmasının heyətində 153-cü matçını keçirir. Yetmiş doqquz qoldan başqa, onun hesabında həmçinin əlli iki məhsuldar ötürmə də var. Qeyd edək ki, Pele 77 qol üçün 91 görüş keçirməli olub.