“Microsoft” şirkəti İranla əlaqəli hakerlərin iyuldan indiyədək ABŞ, Avropa Birliyi ölkələri və İsrailin müdafiə şirkətlərini təhdid etdiyini bildirib.
Korporasiya bu barədə öz saytında yazıb.
“Microsoft”un məlumatına görə, kiber cinayətkarları pilotsuz təyyarələr, peyklər və rabitə sistemləri ilə bağlı texnologiyalar maraqlandırır. Bu halda şirkət vurğulayıb ki, hücumların əksəriyyəti qarşısını alınmışdılar və hakerlər yalnız 20 şirkətin elektron parollarını qırmağa nail olub.
“Microsoft”da əlavə ediblər ki, həmçinin Yaxın Şərqdə bizneslə məşğul olan dəniz və yük daşımaları sahəsində bir neçə şirkətin sistemləri də təhlükə altındadır.
Korporasiya hesab edir ki, İran kommersiya peyk görüntülərinə və özünün inkişaf etməkdə olan rabitə sisteminin çatışmazlıqlarını kompensasiya etmək üçün təchizat planlarına giriş əldə etməyə çalışır. (report)