UEFA Millətlər Liqasında bu gün IV turun növbəti matçları keçiriləcək.
“Report”un məlumatına görə, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutacaq.
A Liqasının 1-ci qrupunda lider Danimarka Xorvatiyanı, son pillədəki Fransa isə Xorvatiyanı qəbul edəcək.
Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olacaq.
Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edəcək. Meydan sahibləri qələbə qazanacaqları təqdirində, ən yaxın izləyicisindən 4 xal aralanacaqlar. 1 xala malik Azərbaycan millisi isə son pillədən qurtulmaq üçün ev oyununda Belarusu yenməlidir.
UEFA Millətlər Liqası
IV tur
13 iyun
A Liqası
1-ci qrup
22:45. Danimarka – Avstriya
22:45. Fransa – Xorvatiya
Xal durumu: Danimarka – 6, Avstriya – 4, Xorvatiya – 4, Fransa – 2
B Liqası
2-ci qrup
22:45. İslandiya – İsrail
Xal durumu: İsrail – 4, İslandiya – 2, Albaniya – 1
C Liqası
3-cü qrup
18:00. Qazaxıstan – Slovakiya
20:00. Azərbaycan – Belarus
Xal durumu: Qazaxıstan – 7, Slovakiya – 6, Belarus – 2, Azərbaycan – 1.