- Mədəniyyət

Milli Dram Teatrı “Dəli yığıncağı”nı yenidən göstərəcək

Oktyabrın 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, ikihissəli satirik pamfletin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Xalq artisti Siyavuş Kərimidir.