- Mədəniyyət

Milli Dram Teatrında “Medeya” tamaşası nümayiş olunacaq

Oktyabrın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində Evripidin “Medeya” əsəri əsasında hazırlanan eyniadlı monotamaşa nümayiş ediləcək.

AZƏRTAC xəbər verir ki, tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva, işıq üzrə rəssamı Rafael Həsənovdur.

“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.