Hər il Azərbaycanda 15 sentyabr tarixi “Bilik günü” kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanına əsasən, Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün “Bilik günü” kimi qeyd olunub.
Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “15 sentyabr- Bilik günü” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan təhsil sistemi, Azərbaycanda təhsil tarixi, təhsil siyasəti, təhsilin inkişaf strategiyası və digər mövzularda materiallar və fotolar təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/15_Sentyabr_Bilik_gunu/index.html linkindən istifadə edə bilərlər.