- Mədəniyyət

Milli Kitabxanada “Cəbrayıl” adlı sərgi açılıb

Cəbrayılın işğaldan azad edilməsindən 1 il ötür. Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəbrayıl” adlı virtual sərgi açılıb.

Kitabxanadan bildirlib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cebrayil/index.htm linkindən istifadə edə bilərlər.