- Mədəniyyət

Milli Kitabxanada “Füzuli – İşğaldan azad olundu!” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli – İşğaldan azad olundu!” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar kitab və məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad edilməsindən bir il ötür. Keçən il Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 17-də Füzuli tam olaraq erməni işğalından azad olundu.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər mailli düzənlik sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.