- Mədəniyyət

Milli Kitabxanada Müstəqilliyin Bərpası Günü ilə bağlı sərgi hazırlanıb

Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin müstəqilliyimizin bərpası ilə bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyi_gunu/index.htm linkindən istifadə edə bilərlər.