- Mədəniyyət

Miraç Çağrı Aktaşın imza günü keçiriləcək.

“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Türkiyənin sevilən yazıçısı Miraç Çağrı Aktaşın imza günü keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “LIBRAFF” ən çox soruşulan müəllifi oxucuları ilə görüşdürəcək. Gənclər arasında kitabları rəğbətlə qarşılanan müəlliflə görüş yanvarın 15-də baş tutacaq.

Daha ətraflı məlumatı “LIBRAFF”ın sosial media hesablarından əldə etmək mümkündür.

Qeyd edək ki, pandemiya vəziyyətini nəzərə alaraq yerlər məhdud olacaq. İştirak etmək üçün ətraflı məlumatı “LIBRAFF”dan əldə edə bilərsiniz.