- Cəmiyyət

MİT xarici ölkədə PKK-ya qarşı əməliyyat keçirib

PKK/KCK-PYD/YPG terror qruplaşmasının üzvü Rasim Akyol xarici ölkələrdən birində həbs olunub.

“Report” xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.

O, Türkiyəyə gətirilib.

R.Akyolun 2018-ci ildə Hatayda 25 kiloqram partlayıcı maddə ilə tutulan PKK/KCK üzlərinə silah təchizatı həyata keçirdiyi məlum olub. Türkiyə məhkəməsi bu əməlinə görə onu 15 il müddətinə azadlıqdan məhrum edib. Terrorçu qaçıb gizləndiyinə görə qərar qiyabi olaraq çıxarılıb.