“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ hərbçilərinin son günlər İrandakı obyektlərə endirdiyi zərbələr nəticəsində ölkənin nüvə proqramına ciddi ziyan dəydiyi barədə məlumat əldə edib.”
APA xəbər verir ki, bunu MKİ-nin direktoru Con Retkliff bildirib.
“MKİ təsdiq edə bilər ki, Tehranın nüvə proqramının son dəqiq zərbələr nəticəsində ciddi şəkildə zədələndiyini göstərən etibarlı kəşfiyyat məlumatları var”, – o, deyib.
Retkliff həmçinin qeyd edib ki, İranın bir neçə əsas nüvə obyekti məhv edilib və onların bərpası uzun illər çəkəcək.