- Cəmiyyət

MN: Ukrayna Rusiya ərazisinə kütləvi PUA hücumu həyata keçirib

Ukrayna Rusiya ərazisinə kütləvi PUA hücumu həyata keçirib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Ukraynaya məxsus 37 PUA-nı məhv edib.

Kursk vilayəti və Krasnodar diyarı ərazilərində hərəsində 12, Bryansk vilayətində 7, Oryol vilayətində 5, Azov dənizi üzərində isə 1 PUA vurulub.

Oryol vilayətində Ukrayna PUA-larının hədəfi yanacaq infrastrukturu olub. Nəticədə yanğın baş verib. PUA hücumu nəticəsində tələfatın olmadığı açıqlanıb.