- Ədəbiyyat

Molla CÜMƏ. Dönməz

Bir gözələ gözüm düşdü,
Mən dönərəm, könül dönməz.
Ruhum getdi, əqlim çaşdı,
Mən dönərəm, könül dönməz.

Dərdimi söylərəm başdan,
Ay qabaqdan, qələm qaşdan.
Şirin dilli bir ölmüşdən
Mən dönərəm, könül dönməz.

Molla Cümə, eylə dastan,
Mail baxan gözü məstan,
Bir vəfalı, sevən dostdan
Mən dönərəm, könül dönməz.