Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşada türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs olunur.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, rejissor-assistentləri Tamilla Aslanova və Zaur Əliyevdir.