- Cəmiyyət

Moskva üzərində vurulan Ukrayna PUA-larının sayı 26-ya çatıb

Moskva səmasında vurulan Ukrayna pilotsuz uçuş aparartlarının sayı 26-ya çatıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Onun sözlərinə görə, Moskva istiqamətində uçan 26 dron vurulub.

Mer 2,5 saat ərzində Ukraynanın 26 PUA-sının vurulduğunu açıqlayıb.

Sobyanin PUA-ların dağıntılarının düşdüyü yerdə operativ xidmətlərin çalışdığını söyləyib.