Moskva vilayətindəki Azərbaycan diasporunun (Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin) rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, diaspor rəhbəri Şeremetyevo hava limanından Aeroflot hava yollarına məxsus Moskva-Bakı reysi ilə Bakıya yola düşüb.
Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.
***
20:24
Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.
Elşən İbrahimov APA-nın Moskva müxbiri ilə söhbətində hazırda Şeremetyevo aeroportunda olduğunu və Rusiyadan deportasiya olunduğunu təsdiqləyib.
O bildirib ki, “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.
Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.