- Mədəniyyət

Moskvada Azərbaycan kinosu günləri başa çatıb

Moskvadakı “İllüzion” kinoteatrında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə layihə əsasında gerçəkləşən Azərbaycan kinosunun retrospektiv nümayişi başa çatıb.

AZƏRTAC xəbər verir ki, fevralın 7-dən 15-dək təqdim olunan proqram Azərbaycan kinosunun ötən əsrin 30-cu illərindən 2021-ci ilədək müxtəlif dövrlərdə çəkilmiş filmlər – ümumilikdə 19 ekran əsərindən ibarət idi. Layihənin kuratorları Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və “İllüzion” kinoteatrının art-direktoru Aleksandra Lavrovadır.

Xəbər verdiyimiz kimi, retrospektiv nümayiş C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru, rejissor Fariz Əhmədovun “Sonuncu” (2021) sənədli filmi ilə açılıb.