- Cəmiyyət

Moskvada eyni əraziyə növbəti dəfə dron hücumu olub

Rusiyanın paytaxtı Moskvanın “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Eyni zamanda, paytaxtın meri Sergey Sobyanin bu məlumatı təsdiqləyib: “Bir neçə dron Moskvaya uçmaq istəyərkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Biri keçən dəfə olduğu kimi Sitinin eyni qülləsinə çatıb. 17-ci mərtəbə səviyyəsindəki fasad zədələnib”.

İlkin məlumata görə, olayda yaralanan olmayıb.

Xatırladaq ki, iyulun 30-da “Moskva Siti”yə dron hücumu olmuşdu. Hadisədə 1 nəfər yaralanmışdı.