Mövcud qanunvericilik Xəzərin turizm potensialından istifadə etməyə imkan vermir.
Bunu Trend-ə özəl açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
F.Nağıyevin sözlərinə görə, qanuna müvafiq dəyişikliklər edilməsi üçün təkliflər verilib:
“Xəzərin turizm potensialından istifadə etmək üçün bəzi sahibkarlar bizə müraciət ediblər. Xüsusən də Lənkəran istiqamətində. Lakin mövcud qanunvericilik buna imkan vermir. Yaxın zamanda bu istiqamətdə işlər görüləcək. Digər tərəfdən Rusiya 5 Xəzəryanı ölkəyə kruiz səfərləri planlaşdırır. Bu istiqamətdə də danışıqlar gedir. Yaxın müddətdə bunu da təşkil edəcəyik. Həmçinin Xəzərdə turizm üçün adalar var. Həmin adalara səfərlərin təşkil edilməsi xarici turistlər üçün maraqlı ola bilər. Amma müəyyən fəsillərdə hava dəyişikliyi ilə əlaqədar vəziyyət çətinləşir. Bunu da nəzərə almalıyıq”.