- Mədəniyyət

“Mövcudluqda ünsiyyət” adlı sərgi davam edir

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində açılan azərbaycanlı rəssam Ucal Haqverdiyevin ilk genişmiqyaslı muzey sərgisi davam edir.

AZƏRTAC xəbər verir ki, sərgi fərdi və ictimai kolleksiyalardan toplanmış ekspozisiya, 300-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir. Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim olunur.

“Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması” ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu “ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir.

Sərgi ilə çərşənbə axşamından bazar gününə qədər saat 12:00-dan 20:00-dək tanış olmaq mümkünüdür.