Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb.
“Report” xəbər verir ki, Y.Stoltenberqin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.
O, Antalya Diplomatiya Forumunun təşkili üçün Türkiyəyə təşəkkür edib.
“Türkiyə NATO-nun əsas üzvlərindəndir. Bütün üzvlərimizi büdcələrini artırmaq üçün çağırış edirik. Avropalı müttəfiqlərimiz müdafiə büdcələrini artırmalıdırlar. Rusiyanın hücumunun hər birimiz üçün nəticələri olacaq”, – deyə Baş katib əlavə edib.
Y.stoltenberq həmçinin Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini söyləyib.
Qeyd edək ki, NATO-nun Baş katibi Antalya Diplomatiya Forumunda iştirak edəcək.