- Mədəniyyət

Muğam Mərkəzində “Musiqi palitrası” adlı konsert proqramı təqdim olunub

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Musiqi palitrası” adlı konsert proqramı təqdim olunub.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, proqramda Əməkdar artist, Mədəniyyət və İncəsənət Universitetinin dosenti İnarə Babayeva Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət proqramla çıxış edib. Sevilən vokal ifaçı pianoçu Roza Səlimova tərəfindən müşayiət olunub.

Konsertin adından da məlum olduğu kimi, əsrarəngiz musiqi palitrasında ifaçı bir-birindən maraqlı rəng çalarlarını təqdim edib.

Qeyd edək ki, İnarə Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları məharətlə ifa edir.