- Cəmiyyət, Manşet

Müharibə başlayandan Azərbaycana 6 163 Ukrayna vətəndaşı gəlib

Bu ilin fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayı açıqlanıb.

Dövlət Miqrasiya Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, müharibə başlayandan indiyədək Azərbaycana 6 163 Ukrayna vətəndaşı daxil olub.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.