- Cəmiyyət, Manşet

Müharibə əleyhinə aksiyalarda saxlanılan tələbələr Sankt-Peterburq Dövlət Universitetindən xaric edilir

Rusiyanın Sankt-Peterburq Dövlət Universiteti Ukrayna ilə müharibənin əleyhinə aksiyalarda iştiraka görə saxlanılan 13 tələbəni universitetdən xaric edəcək.

Bu barədə Sankt-Peterburq Universitetinin Tələbə Şurasının (BSS) sədri Mixail Moçalov tələbələrə deyib.

Onun sözlərinə görə, Universitet rəhbərliyi hesab edir ki, Daxili İşlər Nazirliyinin məktubu bu tələbələrin universitetdən xaric olunması üçün əsas yaradır.

“Deyə bilərəm ki, intizam komissiyası hər bir halı təhlil edərək ədalətli və əsaslı rəy formalaşdıracaq. Sizi arxayın etməyəcəm: bu tələbələr qovulacaqlar. Təcrübə göstərir ki, administrasiya əvvəlki davranışlara və ya müsbət xüsusiyyətlərə, heç bir şeyə əhəmiyyət vermir”, – deyə Moçalov bildirib.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən Sankt-Peterburqda etiraz aksiyaları keçirilir. Aksiyalarda iştirak edənlərin çox isə gənc və tələbədir.

apa.az