Bu barədə Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Tərlan Quliyev. öz Feysbuk səhifəsində məlumat verib.
“Əziz dostlar, 4-5 ildir çap etdirmək istədiyim, lakin maddi çətinliklər üzündən çap etdirə bilmədiyim Xll əsrin böyük alimi Zəməxşərinin ərəbcə-farsca-türkcə “Müqəddimətül-ədəb” əsərinin türkcə sözlüyünü xeyirxah insanların köməkliyi vasitəsi ilə nəhayət ki, çap etdirə bildim. Bu xeyirxah insan isə Beynəlxalq Muğam Mərkəzinin direktoru əməkdar incəsənət xadimi, Özbəkistanın Azərbaycandakı mədəniyyət səfiri Sahib Paşazadədir. Xeyirxah işinə görə Sahib Paşazadəyə bir daha təşəkkürümü bildirirəm. Təəssüf ki, AMEA-da Özbəkistan-Azərbaycan əlaqələrinin bugünkü pik nöqtəsində bu kitabı çap etmək üçün pul tapılmadı. Halbuki bu əsər AMEA-da yerinə yetirilmişdir.
Bu kitabin əhəmiyyəti olduqca böyükdür. Belə ki, Mahmud Kaşğarinin “Divan”ından sonra özündə təqribən 3000-dən yuxarı leksik vahidi əks etdirir. Qısaca desək Nizami dövründə türk dilinin, türkcənin məhdud arealda işləndiyini deyənlərə bu əsər tutarlı cavabdır. Belə ki, bu əsər ən geci Nizaminin 3 yaşı olanda belə artıq yazılıb qurtarmışdır. Beləliklə, mən Özbək ədəbiyyatşünaslığına bu dəfə də qiymətli töhvə bəxş etdim. Birincisi , Ərişir Nəvainin “Mizanül-övzan” , ikincisi Dövlətşah Səmərqəndinjn “Təzkirətüş-şüəra” , üçüncüsü Zəməxşərinin “Müqəddimətül-ədəb” i …belə… Beləliklə, Özbək ədəbiyyatşünaslığının cəfasını biz çəkirik. Səfasını isə başqaları görür… Eşq olsun belə elmi mühitə…”










