Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğurla çıxış edib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ABŞ -da məşhur “Fiestalonia Milenio” Festival və Müsabiqələr təşkilatının dəstəyi ilə keçirilən “American edition” beynəlxalq müsabiqəsində fortepiano ixtisası üzrə X sinif şagirdi Lalə Piriyeva uğurla iştirak edərək birinci yerə layiq görülüb.