- Manşet, Mədəniyyət

Musiqili Teatr mövsümü “O olmasın, bu olsun” tamaşası ilə açacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı oktyabr ayı üçün repertuarını açıqlayıb.

Teatrdan bildirilib ki, ilk tamaşa oktyabrın 30-u saat 19:00-da nümayiş etdiriləcək.

Teatr 112-ci mövsümünü “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşası ilə açacaq.

Oktyabrın 31-i saat 19:00-da isə mərhum sənətkar, Xalq artisti Ramiz Məmmədovun 70 illiyinə həsr olunacaq “Qızıl Toy” (O.Kazımi, R.Heydər) tamaşası nümayiş olunacaq. (report)