- Mədəniyyət

Musiqili Teatr rusdilli tamaşaçıları üçün “Silva”nı təqdim edib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rusdilli tamaşaçıları üçün “Silva” operettasını nümayiş etdirib.

AZƏRTAC xəbər verir ki, görkəmli macar bəstəkarı İmre Kalmanın dünyaca məşhur operettanın süjet xəttində iki gəncin saf, təmiz sevgi hekayəsi dayanır.

Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ – iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.