- Mədəniyyət

Musiqili Teatrda premyera – “Məchul pilləkən”

İyulun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşanın premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.