- Mədəniyyət

Musiqili Teatrda “Psix” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni tamaşalardan olan və dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşası növbəti dəfə nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib.