- Ədəbiyyat

N.Rəfibəyli. Yasda

Ağalama, ana,
ərəb xilafətinin minillik dərdinə,
Ağlama yana-yana.
Qumlarda üryan olan,
Gözləri giryan olan
Fatimeyi Zəhranın
Dərdi nəyinə gərək?
Onlardan əl çək,
Tarixin qara səhifələrində itib gedən
qədim qanlı faciələrin dərdi sənə qalmayıb.
Tayfa davasında həlak olan
İmamların matəmi –
Zaman keçsə belə –
sənin nəzərində azalmayıb.
Ağalam, ana.
Ağlama yana-yana.
Öldürsə də firqəti-Əkbər
Leylanı-Leylanı,
Yandırsa da ağır dərdlər
Leylanı-Leylanı,
Sən Vətən davasından
Gedib qayıtmayan
Üç oğlunun qəmini çək.
Min yerdən yara alan
Vətənin dərdini çək.
Yetim balaların,
Dul gəlinlərin.
Oğulsuz anaların
Ağla dərdinə.
Ərəb xəlifələrinin
Minillik matəmi qalmayıb sənə.
Qəmin, kədərin,
Mənası böyük,
Mənası dərin.
Sənin tökdüyün göz yaşları puçdur.
Hədərdir.
Ağlama, ana can.
Bax. Dan yeri qızarır,
artıq səhərdir.
Yurdun – gözəl,
Səhəri – aydın.
Bu güllü bağçaların
mehmanı olaydın, mehmanı olaydın.