Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə 8 nəfərdən sonuncusu barəsində də 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi başa çatıb.
***
23:09
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakimlər Şəhla Süleymanova və Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə daha 3 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, bir nəfərin məhkəməsi davam edəcək.
***
22.54
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən prosesdə daha 2 nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 4 nəfərin məhkəməsi davam edəcək.
***
21:43
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilib.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə iki nəfər barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, şəxslər bir-bir məhkəməyə çıxarılır, 6 nəfərin məhkəməsi davam edəcək.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfər Rusiya vətəndaşıdır.
***
21:16
Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsində fasilə elan edilib.
APA xəbər verir ki, proses hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilir.
Qeyd edək ki, 8 nəfər Rusiya vətəndaşından ibarət mütəşəkkil dəstə İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinirlər.
***
21:12
Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.
APA xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.