- Cəmiyyət, Manşet

NATO Baş katibi: “Nüvə müharibəsi qələbə ilə bitə bilməz”

“Nüvə müharibəsi qələbə ilə bitə bilməz”.

“Report” xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putinin açıqlamaları müharibənin Moskva üçün uğurla davam etmədiyini göstərir: “O, çox təhlükəli açıqlamalar verir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

V.Putin həmçinin vurğulayıb ki, Rusiyanı nüvə silahı ilə təhdid edənlər “külək gülü”ndən çəkinməlidir.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova