- Cəmiyyət, Manşet

NATO-dan Rusiya və Çinə Əfqanıstanla bağlı çağırış

“Rusiya və Çin terror təşkilatlarının Əfqanıstanı öz məqsədləri üçün istifadə edəcəkləri bir yerə çevrilməsinin qarşısını almalıdırlar”.

Bunu NATO Baş katibi Yens Stoltenberq “Sunday Telegraph”a açıqlamasında deyib.

“Rusiya və Çin də daxil olmaqla, beynəlxalq aləmin Əfqanıstanın terror təşkilatlarının istədikləri kimi hərəkət edə biləcəyi, ölkələrimizə qarşı hücumlar hazırlaya biləcəyi, təşkil edə biləcəyi, planlaşdıra biləcəyi və maliyyələşdirəcəyi bir yer halına gəlməsinin qarşısının alınması məsələsinə qatılıram”, – o bildirib.(Qafqazinfo.az)