- Cəmiyyət

NATO-nun baş katibi Ukraynadakı münaqişədə ölənlərin sayını açıqlayıb

“Ukraynadakı münaqişə zamanı ən azı 1 milyon insan ölüb və ya yaralanıb”.

Bu barədə Brüsseldə keçirilən konfransda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.

“Hər gün bu münaqişə daha çox dağıntı və ölüm gətirir. Ukraynada hər həftə hər tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından bəri 1 milyondan çox qurban var ”, – deyə o qeyd edib.

O, həmçinin bildirib ki, alyansın fəaliyyət göstərmədiyi bir çox hallar olub.