- Cəmiyyət, Manşet

NATO Polşanın Ukraynada sülhməramlılar yerləşdirmək təklifini rədd edib

Eyni zamanda, Alyansın baş katibi əmindir ki, NATO-nun artıq Ukraynaya göstərdiyi yardım Rusiya Federasiyası ilə danışıqlarda Ukraynanın mövqeyini gücləndirir.

Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq qeyd edir ki, Alyans Ukraynaya qoşun yeritməyəcək.

Kamilinfo UNİAN-a istinadən xəbər verir ki, Stoltenberq bunu Brüsseldə Alyansın müdafiə nazirlərinin fövqəladə iclasından sonra keçirdiyi brifinqdə deyib.

Ondan Polşanın sülhməramlı missiya üçün Alyans qüvvələrinin Ukraynaya göndərilməsi təklifinə cavab verməsi istənilib. “Biz sülh səylərini dəstəkləyirik. Biz Rusiyanı və prezident Putini qoşunlarını geri çəkməyə çağırırıq, lakin NATO qoşunlarını Ukraynada quruda yerləşdirmək planımız yoxdur”, – deyə Stoltenberq bildirib.