- Cəmiyyət, Manşet

NATO Türkiyəyə sığınacaqlar göndərir

NATO müttəfiqləri Kahramanmaraş mərkəzli zəlzələdən zərər çəkənləri yerləşdirmək üçün Türkiyəyə tam təchizatlı yarıdaimi sığınacaqlar göndərməyə qərar verib.

525.az xəbər verir ki, NATO-nun verdiyi açıqlamaya görə, göndəriləcək sığınacaq obyektləri normal olaraq NATO-nun təlim və əməliyyatlarında istifadə olunan qərargah komplekslərindən ibarət olacaq. Bu obyektlərə istilik, generator və müalicə sahələri daxildir. NATO hərbi rəsmiləri hazırda İtaliyanın Taranto şəhərində yerləşən NATO Dəstək Agentliyinin Cənub Əməliyyatlar Mərkəzində saxlanılan sığınacaq obyektlərinin daşınması üçün ən uyğun logistika və nəqliyyat variantlarını qiymətləndirirlər. Bu obyektlər qurulması NATO ölkələrinin göndərməyə başladığı qış şəraitinə uyğun çadırların yerləşdirilməsi ilə tamamlanacaq.