NATO-nun zirvə görüşünün iştirakçıları Ukraynaya silah verilməsini müzakirə edəcəklər. Lakin Alyans özü bu təchizatda tərəf kimi iştirak edməyəcək.
APA-nın xəbərinə görə, bu barədə ABŞ prezidentinin Təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Sallivan əlavə edib ki, ABŞ Prezidenti Co Bayden səfər zamanı NATO-nun Baş katibi ilə görüşərək gündəliyi razılaşdıracaq.
“NATO təşkilat olaraq Ukraynaya hərbi yardımı koordinasiya etməyib. Bu işi ayrı-ayrı müttəfiqlər həyata keçirib” – deyə Sallivan əlavə edib.
Tərəflər həmçinin Şərq qanadında güclərin uzunmüddətli yerləşdirilməsi məsələsini müzakirə edəcəklər. Son qərar yayda veriləcək.
Bununla belə, Sallivan məsələnin təfərrüatlarını açıqlamayıb.
Qeyd edək ki, NATO-nun zirvə görüşü sabah Brüsseldə baş tutacaq.