- Cəmiyyət, Manşet

Nazir: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”

Azərbaycan hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytarıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu nazir Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə deyib.

Nazirin sözlərinə görə, 1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib.

O bildirib ki,kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqlar davam etdirilir.

“Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumat bu günədək Ermənistan tərəfindən verilməyib”, – deyə XİN başçısı vurğulayıb.